Hava yenidən dəyişəcək: qar, yağış... –
XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında dekabrın 2-də gözlənilən qısa fasilədən sonra dekabrın 3-dən 7-dək fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi arabir 15-17 ms/-dək güclənəcək. Havanın temperaturu 2-3 ° aşağı enərək, 5-8° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında dekabrın 2-də gözlənilən qısa fasilədən sonra dekabrın 3-dən 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi arabir 15-17 ms/-dək güclənəcək. Havanın temperaturu 2-3° aşağı enərək, aran rayonlarında 7-12° isti, dağlıq rayonlarda 0-5° şaxta olacağı gözlənilir. Çaylarda sululuğun artacağı ehtimal olunur.