Paşinyan Filip Rikerlə görüşdü
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.
Bu barədə Ermənistanın baş nazirinin administrasiyası bildirib.
Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə edib.
Bundan başqa, görüşdə ABŞ-la Ermənistan arasında strateji dialoqa da toxunulub.
Qeyd edək ki, baş müşavirin Ermənistana səfəri dekabrın 4-dək davam edəcək.
Xatırladaq ki, o, İrəvandan əvvəl Bakıda və Tiflisdə səfərdə olub.
Oxunub: 160
Xəbəri paylaş
Paylaş: