Milli Məclisdə SƏRT ÇIXIŞ: "Həddinizi aşmayın, Fransa prezidenti!"

"İki gün əvvəl Milli Assambleyanın qəbul etdiyi qətnamə əslində Senat tərəfindən qəbul olunan qətnamənin sürətidir. Mən qətnaməni oxudum. İki məsələni əsas kimi götürürlər. Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi, eləcədə erməni abidələri. Təsəvvür edin ki, 30 il ərzində bunlar azərbaycanlıların bütün mədəni abidələrini dağıdıblar. Məscidləri pis vəziyyətə qoyublar, amma Fransadan reaksiya olmayıb. Qarabağda erməni abidəsi var? Olanlar alban abidələridir və erməniləşdirilib”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ziyafət Əsgərov deyib.
O əlavə edib ki, qətnamədə ikinci məqam kimi Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi qoyulur:
“Son 30 il ərzində azərbaycanlıları öz evlərindən qovdular, hüququnu pozdular. Bəs onda harada idiniz?”.
Deputat əlavə edib ki, Fransa Vyetnamdan Afrikauya qədər 50 ölkəni tutub və hamısını da hamısını soyub:
“Bu gün Fransa rəsmən Afrikanın 14 ölkəsini soyur. Nədir ki, Fransa onlara müstəqillik verib. Budur sənin ədalətin. Həddinizi aşmayın, Fransa prezidenti. Qarabağ Azərbaycandır”.




















