İran 4 İsrail casusunu edam etdi
İranda İsrail kəşfiyyatının xeyrinə casusluq etməkdə ittiham olunan 4 nəfər edam edilib. Bu barədə “Mehr” agentliyi məlumat yayıb. “Məhkəmənin qərarı ilə bu gün səhər saatlarında sionist rejimin kəşfiyyat orqanları ilə əməkdaşlıqda ittiham olunan 4 nəfər edam olundu”, - məlumatda qeyd olunub. Məlumata görə, daha 3 nəfər ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək, adam oğurluğunda və silah saxlamada iştirak etmək ittihamı ilə müvafiq olaraq 5-10 il müddətinə azadlıqdan məhrum edilib.
Oxunub: 138
Xəbəri paylaş
Paylaş: