Xəzərdə suitilərin kütləvi ölümü... – AÇIQLAMA
Aparılan təhlillər nəticəsində suitilərin Xəzərdə kütləvi şəkildə tələf olmasının əsas səbəbinin təbii faktorlar olduğu üzə çıxıb.
Bu barədə Dağıstanın Təbiət Nazirliyi məlumat yayıb.
“Suitilərdən böyük həcmdə nümunələri toplanılıb, həmçinin bakterial analizlər və virusoloji tədqiqatlar aparılıb. Toplanmış materiallar Moskva və Həştərxandakı laboratoriyalara göndərilib. Nəticədə Xəzər suitilərinin ölümünə təbii amillərin səbəb olduğu üzə çıxıb”, - məlumatda qeyd olunub.
Nazirlikdən bildirilib ki, 300-dən çox suitinin tələf olması onların populyasiyasına ciddi təsir göstərməyəcək.
Hazırda Xəzər dənizində 270-300 min suitinin olduğu bildirilir.
Oxunub: 143
Xəbəri paylaş
Paylaş: