Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirir...
Ukrayna Rusiyanın bir neçə elmi, mədəni mərkəzlərinin və təhsil müəssisələrinin adlarını tətbiq etdiyi sanksiyalar siyahısına salıb.
Bununla bağlı Ukrayna prezidentinin rəsmi saytında açıqlama yerləşdirilib.
Sanksiyaya salınanlar siyahısında Rusiyanın Ermitaj Dövlət Muzeyi, Puşkin adına Sənət Muzeyi, Lomonosov adına Moskva Dövlət Universiteti kimi elm və incəsənət ocaqları, "Yandeks", "Mail.ru", "V Kontakte" şirkətləri, "STS Media", "Pervıy kanal" və "Spas" telekanalları da var. Artıq qüvvəyə minən qərara görə, üç il ərzində ukraynalıların bu elm və mədəniyyət mərkəzləri, şirkətlər və telekanalları ilə heç bir əlaqəsi mümkün olmayacaq. Mayın 15-dən etibarən Ukrayna ərazisində həmin müəssisələrin aktivləri bloklanıb.
Xatırladaq ki, bir müddət əvvəl Ukraynanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaya Rusiya Elmlər Akademiyasının Arxeologiya İnistitutu, Şərqşünaslıq İnistitutu, "Arxe" Elmi Mərkəzi, Rusiya Coğrafiya Cəmiyyəti, eləcə də Rusiya ərazisində Krımı tədqiq edən digər elmi mərkəzləri daxil edilib.