Çempion hansı komanda olacaq? - Messi
Argentina millisinin futbolçusu Lionel Messi Qətərdə keçirilən dünya çempionatında favoritlərini açıqlayıb.
35 yaşlı hücumçu Braziliya və Fransa yığmalarının titula ən yaxın komanda olduqlarını düşünür.
O bildirib ki, Braziliya çox yaxşı oynayır, Kameruna uduzmasına baxmayaraq, əsas favoritlərdən biri olmaqda davam edir.
“Fransa və İspaniya da yaxşı oynayır”, - Messi bildirib.
Qeyd edək ki, Argentina yığması DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 9-da Niderlandla qarşılaşacaq.
Oxunub: 275
Xəbəri paylaş
Paylaş: