"Azərbaycanlılar Xankəndində, Paşinyan susur" - Erməni mediasından
UNİKAL BƏNZƏTMƏ
Noyabrın 3-də Azərbaycanın müvafiq dövlət qurumlarının təmsilçilərinin Laçın yolunu bağlaması hələ də ermənilər tərəfindən müzakirə olunan əsas mövzudur. Erməni siyasi şərhçi Tevos Arşakyan "Azərbaycanlı "ekoloqlar" Xankəndində, Ermənistan susur" adlı məqaləsində Paşinyan hakimiyyətini baş verənlərə seyrçi qalmaqda ittiham edib. Müəllif bildirir ki, Ermənistan hökuməti Qarabağda yaşayan erməniləri Rusiya sülhməramlılarının ümidini buraxıb, Amma, rusların erməniləri sonadək müdafiə edəcəyi qaranlıqdır. Məqalə "Bəlkə, doğrudan da, "Artsaxa" artıq ehtiyacımız yoxdur? Görünür, bəli. O zaman, sadəcə olaraq, lazımsız olduğu ortaya çıxan bütün bu qurbanlar niyə lazım idi?" - sözləri ilə bitir. Nüfuzlu erməni media orqanında dərc olunan məqaləyə seçilən şəkil - laqeyd meymunlar isə Paşinyan hökumətinin baş verənlərə etinasız, özünü görməzliyə vuran mövqeyini ifadə edir.