Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Prezident icra başçısını işdən çıxardı
  • Prezident bu rayona icra başçısı təyin etdi
  • İşdən çıxarılan icra başçısı Prezident Administrasiyasına gətirildi
  • Prezident bu rayonun icra başçısını işdən çıxardı - TƏYİNAT
  • İlham Əliyev Ağstafaya yeni icra başçısı təyin etdi - SƏRƏNCAM
  • GƏDƏBƏYIN ICRA BAŞÇISI BOŞALTDIĞI VƏZIFƏLƏRI HƏRRACA ÇIXARDIB

    • Tarix: 6-12-2022, 12:41


    GƏDƏBƏYDƏ YENİ RƏHBƏRLİK KÖHNƏ İCRA BAŞÇISININ DÜNYADAN KÖÇƏNLƏRİNƏ RƏHMƏT OXUTDURUR


    Vüsal Musayev: “Bu sənədləri mən görmüşəm, götürməyimə də ehtiyac yoxdur. Sənin nə qəşəng kostyumun var, vurduğun ətir də gözəldir. Amma, cibində nə qədər pulun var, onu bilmirik”

        Globall.az   Deryaz.az-a istinadən bildirir  ki, Prezident İlham Əliyev 05 oktyabr 2021-ci il tarixdə İbrahim Ənvər oğlu Mustafayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzaladı və bu vəzifəyə 11 avqust 2022-ci il tarixdə Orxan Çingiz oğlu Mürsəlov təyin olundu. Qeyd edək ki, Orxan Mürsəlov Gədəbəy RİH-nin başçısı vəzifəsinə təyin olunana kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasında məsul vəzifə sahibi olur. Buradan görünür ki, təqribən bir ilə yaxın müddət ərzində Gədəbəy rayonunda icra başçısı vəzifəsini müavin icra edir və  ötən bir ilə yaxın müddət ərzində əksəriyyətin nəzər-diqqəti, ümumi müzakirələr və s. hansı şəxsin bu rayonun rəhbərliyinə təyin olacağına yönəlir. Nəhayət, 11 avqustda Orxan Mürsəlov Gədəbəy RİH-nin başçısı vəzifəsinə təyin olundu və o, ilk günlərdən başlayaraq rayonun Çalburun, Səbətkeçməz, Arısu, İsalı və s. kəndlərində şəhid ailələri və ağsaqqallarla görüş keçirdi, Gədəbəy  şəhərində yerləşən Şəhidlər Xiyabanında oldu, Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış vətən oğullarının məzarlarını ziyarət etdi. Bəli, ilk günlər bu yöndə atılan addımlar hər kəsin nəzərində gənc və enerjili olan Orxan Mürsəlovun, məhz işgüzar vəzifə sahibi olacağı qənaətini formalaşdırdı. Amma, atalar demişkən “Sən saydığını say, gör fələk nə sayır” zərb-məsəli, çox keçmədi ki, bu rayonda özünü doğrultmağa başladı. Yəni, günlər, həftələr, aylar keçdikcə Orxan Mürsəlova olan inam əməlli-başlıca inamsızlığa çevrildi.  Hal-hazırda Gədəbəyin özündə və ətraf yaşayış məntəqələrində baş verənlər, məhz hər kəsi belə qənaətə gəlməyə sövq edir. Məsələn, 11 avqust 2022-ci il tarixdən Gədəbəy RİH-nin başçısı vəzifəsini daşımağa başlayan Orxan Mürsəlov, son vaxtlar sabiq icra başçısı İbrahim  Mustafayevin kadrlarına “əlvida” demək qərarına gəlib. Söylənilənlərə görə, artıq RİH Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Vidadi müəllimlə bağlı belə bir qərar verilib və bu şəxsin daşıdığı vəzifə “hərraca çıxarılıb”. Bundan əlavə bəzi şəxslərə isə, hazırda boş olan «Kamxoz»a rəhbər təyin olunacaqları ilə bağlı “yağlı vədlər” verilib. Söylənilənlərə görə, bu məqsədlə bəzi şəxslərlə məxfi danışıqlar aparıldığının işartıları da hiss olunmaqdadır. Yayılan söz-söhbətlərə görə, Orxan Mürsəlovun icra başçısı təyinatından sonra Gədəbəyin istirahətə yararlı olan meşə zolaqlarına elə bir formada divan tutulur ki, ümumi mənzərəni görüb eşidən hər kəs, sanki öz-özlüyündə “şaxsey-vaxsey” deməli olur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyev adlı şəxs, bir müddət bundan öncə öz şəxsi hesabına rayonun Qaramurad kəndindən Arqıran kəndinə gedən yolu qaydaya saldırarkən İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi Şahin İlyas oğlu Kazımov, yolun qaydaya salınması işlərini görür və bu haqda rayon rəhbərliyinə məlumat ötürür. Həmin günün səhəri Nazim Əliyevi RİH-nə çağrırlar. İcra başçısı Orxan Mürsəlov ona “Sən kimsən ki, yol qaydaya saldırısan? Məgər dövlət yoxdurmu? Dövlət də var, dövlətin pulu da!” deyərək, ona qarşı hərbə-zorba gəlir.

        Dəryaz qəzetinin redaksiyasına daxil olan məlumata görə, rayonun İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi Şahin Kazımov, indiyə kimi Novosaratovka kəndi ərazisində, daha dəqiq desək “N” saylı hərbi hissənin qarşısında təqribən 1 ha torpaq sahəsini zəbt edib. Hətta, bu şəxs həmin ərazidən Şınıxa gedən yolun üstündə 7 (yeddi) ədəd yaşayış evi tikir və az sonra o, tikdirdiyi evləri imkanlı şəxslərə satır.

     

    Şahin  Kazımovun “Spornı” adı ilə tanınan ərazidə Arqıran kənd sakinlərinə məxsus pay torpaqlarında tövlə tikdiyi də bildirilir. Unutmaq olmaz ki, qeyd olunan həmin ərazidə tikinti işləri aparmaq qadağan olunsa da, İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi heç bir tələbə əhəmiyyət vermir və bu yöndə düşündüyü addımını atır. Rayon sakinləri arasında dolaşan söz-söhbətlərə görə, bu şəxs çox böyük təsir imkanına sahibdir. Məsələn, söylənilənlərə görə o, xeyli müddət bundan öncə 30 min “haqq-hesab”ın müqabilində oğlunu RİH Aparatında işə düzəltdirir. Bu şəxsin qardaşı sovxoz direktoru olarkən, sovxozun əmlakını, o cümlədən bir çox texnikaları, mal-qaranı, qoyun-quzunu ələ keçirib mənimsəmələri haqda da məlumatlar dolaşır. Maraqlı hal o olur ki, mənimsəmə faktları ilə bağlı rayon prokurorluğunda araşdırmalar aparılsa da, az sonra bu yöndə davam etdirilən araşdırmalar dayandırılır. Yəqin ki, buna nə səbəb olur, o haqda kimlərsə ətraflı məlumata malikdirlər.

        Bir müddət bundan öncə, rayonun Novosaratovka kəndində ulu öndər Heydər Əliyevin adını daşıyan parkın aşağı hissəsində, daha dəqiq desək Dairə Seçki Komissiyasına (DSK) gedən mərkəzi magistral yolun kənarındakı göstərici- plakat yerli-dibli çıxarılır və yolun kənarı qazılır. Hal-hazırda həmin yolun qazılmış hissəsində heç bir sənədi olmayan yeni obyektin inşaa olunmasına hazırlıq işləri görülməkdədir.

    Gələcəkdə inşa olunacaq obyektin RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayevə və İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi Şahin Kazımova məxsus olacağı söylənilir. İnşa olunacaq bu obyektə dair heç bir sənəd olmasa da, nədənsə rayon rəhbərliyi, yaxud da digər vəzifə sahibləri bununla bağlı aidiyyatı dövlət qurumlarını məlumatlandırmırlar, yaxud da heç bir sorğu məktubu göndərmirlər. Yəqin ki, bu obyektin inşa olunması ilə bağlı rəhbərliyin özü ətraflı məlumata malikdir. Dolaşan başqa bir söz-söhbətlərə görə, gələcəkdə həmin obyektdən yanacaqdoldurma məntəqəsi kimi istifadə olunacaq. Hal-hazırda rayonun Slavyanka kəndində, hansı ki, yüksək gərginlikli elektrik xətlərinin altında da, heç bir sənədi olmayan obyektin inşa olunduğu bildirilir. Bu obyektin inşaası Gədəbəy RİH başçısının şəxsi nəzarətində olduğu da vurğulanır.

           Son vaxtlar Gədəbəy rayonunda yaşanan xoşagəlməz olaylardan biri də, hal-hazırda Bakı şəhəri  Səbail rayonunda qeydiyyatda olan Əliyev Nazim Əli oğlunun üz-üzə qaldığı problemin varlığıdır ki, yerlərdə bu problem daha çox müzakirə olunmaqdadır. Məsələn, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyev  Səbail rayonunda qeydiyyatda olsa da, o, əslən Gədəbəy rayonundandır. Xeyli müddət bundan öncə o, boya-başa çatdığı bu rayonun Novosaratovka kəndində, hansı ki, şəxsi mülkiyyətində və istifadəsində olan evinin yaxınlığında, Dövlət mülkiyyətində olan torpaq sahəsindən 1,5 ha torpaq sahəsini 15 (on beş) il müddətinə icarəyə götürüb balıqçılıq təsərrüfatı yaratmaq qərarına gəlir. Bu məqsədlə Nazim Əliyev əvvəlcə Gədəbəy Rayon İcra Hakimiyyətinə məktub ünvanlayır.

    Bu şəxsin balıqçılıq təsərrüfatı yaratmaqda əsas məqsədi, məhz həmin ərazidə Akvakultura obyektlərinin rekreasiya yetişdirilməsini, həmçinin hər il təqribən 5 (beş) ton çəkidə balıq yetişdirib əldə olunan balıq məhsullarının bazar qiymətlərinə uyğun satışını təşkil etməyi nəzərdə tutur. Qeyd edək ki, gələcəkdə təsərrüfat fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun həyata keçirmək məqsədilə o, fiziki şəxs olaraq öz adına VÖEN açdırır və üzərinə düşən lazımi öhdəlikləri yerinə yetirəcəyinə qərar verir. Nazim Əliyevin etdiyi bu müraciət əsasında, 08 aprel 2022-ci il tarixdə Gədəbəy RİH tərəfindən qeyd olunan torpaq sahəsində balıqçılıq gölünün yaradılmasının məqsədəuyğun olub-olmaması ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinə məktub göndərilir. Nazirliyə göndərilən məktub əsasında 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin sahəyə baxış keçirirlər, lazımi foto-şəkillər çəkirlər. Hətta, onlar akt da tərtib edib, qeyd olunan torpaq sahəsində balıqçılıq gölünün yaradılmasını məqsədəuyğun hesab edirlər. 

     Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən, Gədəbəy RİH başçısının 09 avqust 2022-ci il tarixli 176/8-6 saylı məktubu və Azərbaycan Respublikası ƏMDX yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin 24 avqust 2022-ci il tarixli 2201129843 saylı məktubu əsas götürülür və Nazim Əliyevin icarəyə götürmək istədiyi 1,5 ha torpaq sahəsinin Yerquruluşu Planı təsdiq olunur. 

    Düzdür, bu şəxsin balıqçılıq təsərrüfatı yaratmaq məqsədilə Gədəbəy RİH-nə müraciət etdiyi vaxtlarda və ünvanlanan qurumlardan müsbət cavab gələndən sonra, Novosaratovka kəndindəki evinin yaxınlığında kiçik bir göl olur. Elə ki, Nazim Əliyev bu yöndə müyəyyən işləri görməyə başlayır, o halda bəzi şəxslər onu Gədəbəy RİH-də vəzifə sahibi olan şəxslərlə görüşməyə məcbur edir. Bu şəxsin ilk görüşü RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Musayev Vüsal Kərim oğlu ilə baş tutur. Nazim Əliyev bu şəxsin qəbulunda olarkən, Vüsal Musayev ilk söhbəti zamanı ona “Sənin fikirin nədir, nə etmək istəyirsən? Eşitmişik ki, 40 min manat təklif etmisən, əgər pul versən bir həftəyə sənədlərini qaydaya salıb özünə verərəm” deyir. RİH rəsmisinin belə danışıq və təkliflərindən sonra o, ona “mənim o qədər pulum yoxdur” cavabını verir. Az sonra Nazim Əliyev ona “bəs sizin fikiriniz nədir?” deyə sual verir. Vüsal Musayev bu suala verdiyi cavabında “məsləhətləşib sənə bir cavab deyərəm” deyir. Bir həftədən sonra isə, Nazim Əliyevin həyətinə polis əməkdaşları göndərilir və ona bildirirlər ki, “evinin yaxınlığındakı kiçik balıq gölü dağıdılacaq”. O halda o, ləngimədən RİH başçısının qəbuluna yazılır və icra başçısı Orxan Mürsəlovun qəbulunda olur. Həmin vaxt RİH-nin başçısı Nazim Əliyevə “Axı sənədləşmə işlərinin həyata keçirilməsinin qaydalarını Vüsal Musayev sənə başa salıb. Bir də ki, sənin burada heç bir sənədin yoxdur. Biz sənə heç bir sənəd verməyəcəyik” deyir. Nazim Əliyev bu cavabdan sonra rayon rəhbərinin ümumi fikirini başa düşür və ləngimədən RİH tərk edir. O, çox keçmir ki, bu dövlət qurumuna təqdim etdiyi, amma burada çalışan bəzi vəzifə sahiblərinin öz aralarında itbata saldıqları sənədləri təkrar əldə edir. Yəni, Nazim Əliyev bir həftədən sonra 11 saylı Şəmkir Ərazi İdarəsindən sənədlərin surətlərini çıxartdırır, təsdiqlətdirir, daha sonra Qazax rayon şöbəsində möhür vurdurur və təkrar əldə etdiyi sənədləri RİH-nə təqdim etmək qərarına gəlir. Bu məqsədlə o, yenidən Orxan Mürsəlovun qəbulunda olmaq istəsə də, onun belə bir cəhdi heç cür baş tutmur və Nazim Əliyevi Vüsal Musayev qəbul edir. Elə ki, o, RİH rəsmisinin qəbulunda olur, o halda Vüsal Musayev ona “Bu sənədləri mən görmüşəm, götürməyimə də ehtiyac yoxdur. Sənin nə qəşəng kostyumun var, vurduğun ətir də gözəldir. Amma, cibində nə qədər pulun var, onu bilmirik” deyir. O halda Nazim Əliyev başa düşdür ki, bu vəzifə sahiblərinin onu get-gələ salmaqda başqa məqsədləri var. Yəni, həmin şəxslərin  niyyətləri ondan pul almaq olur.  

         Bütün bunlara baxmayaraq, Nazim Əliyev dəfələrlə Gədəbəy RİH Aparatına müraciətlər etsə də, qeyd olunan ərazidə onun balıqçılıq gölü yaratmasına, buna görə də lazımi ölçüdə torpaq sahəsinin ayrılmasına icra başçısı Orxan Mürsəlov, heç bir sərəncam imzalamır. Baxmayaraq ki, xeyli müddət bundan öncə möhtərəm Prezident İlham  Əliyev  cənabları yerli sahibkarlara ünvanladığı müraciətində qeyd etmişdi ki, “Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. O halda sual oluna bilər ki, əgər ölkə rəhbəri yerli sahibkarlara qarşı belə bir yanaşma ortaya qoyursa, bəs səbəb nədir ki, Gədəbəy RİH-nin başçısı Orxan Mürsəlov və onun müavini Vüsal Musayev, bu gün də kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyevə qarşı belə bir addımlarını atırlar? Yəni, bu da onu sübut edir ki, hər iki vəzifə sahibinin bu şəxsə bəslədikləri “xor münasibət”, əslində ölkə rəhbərinin iradəsinə zidd getməkdən başqa bir şey deyil.

          Başqa bir faktı da qeyd edək ki, hal-hazırda Nazim Əliyevin şəxsi mülkiyyətində bir neçə ağır texnika, o cümlədən ekskvator, traktor və s. var ki, həmin texnikalar Novosaratovka kəndində onun evinə yaxın yolun kənarında dayandırılır. Elə ki, rayon rəhbərliyində olan şəxslər qeyd olunan yoldan, yaxud da həmin yola yaxın ərazidən keçirlər, o halda “Texnikaları yol kənarından götüzdürün” deyə, yerli vəzifə sahiblərinə lazımi tapşırıqlar verirlər. Bundan əlavə, bu şəxsin gələcəkdə balıqçılıq təsərrüfatı yaratmaq məqsədilə, şəxsi vəsaiti ilə alıb çay kənarına üstüstə yığdığı beton piltələri də, çay kənarından götürməyə məcbur edirlər. Yəni, həmin şəxslər beton piltələri gah çay kənarına, gah da çay kənarından başqa yerə daşıtdırırlar. Söz yox ki, bütün bunlar müəyyən xərclər hesabına başa gəlir ki, bu da Nazim Əliyevin  heç bir əsas olmadan əlavə xərcə düşməsinə səbəb olur. Bir sözlə, bu gün Gədəbəy RİH-nin rəhbər şəxsləri bu şəxsə məxsus texnikaları, çay kənarına yığdığı beton piltələri bir yerdən digər yerə daşıtdırmaqla, Nazim Əliyevə qarşı qarşı qisasçılıq etməklə məşğul olurlar.

        Bu yöndə atılan addımlar onu sübut edir ki, Nazim Əliyev kiçik bir sahibkar olaraq xeyli vaxtdır ki, Gədəbəy RİH başçısının və onun müavininin belə bir xoşagəlməz hərəkətləri ilə üz-üzə qalıb. Yəni, hər iki vəzifə sahibinin bu şəxsə qarşı göstərdikləri münasibət Nazim Əliyevi zinhara gətirdiyi üçün, artıq o, özünə qəsd etmək zorunda qalıb.

    P. S. Redaksiyamıza daxil olan məlumatlara görə, Orxan Mürsəlov icra başçısı vəzifəsinə təyin olunduqdan iki ay sonra, dövlətin verdiyi nəqliyyat vasitəsini bəyənmir və özünə təqribən 190.000 manat dəyərində son model, qara rəngli “Land Cruiser” markalı avtomobil alır. Başqa bir məlumata görə RİH-nin başçısı bu avtomobilin ilkin 100.000 manatını nəğd şəklində ödəyir, qalan 90.000 manatını isə kreditə salır. Bu haqda məlumatlı olan gədəbəylilər deyirlər ki, icra başçısının üçün 90.000 manat nədir ki, üç boş qalan vəzifəni «hərraca çıxartsa» tam şəkildə ödəyəcək.

    Nazim Əliyev İcra Başçısının bu özbaşınalığından təngə gəldiyi üçün, Prezident İlham Əliyevə rəsmi məktubla müraciət etdiyi bildirilir.

    Qarşi tərəfin də mövqeyini dərc etməyə hazırıq.

    Mövzuya qayıdacağıq.


    Oxunub: 228
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.