Sabiq deputatın oğluna
YÜKSƏK VƏZİFƏ VERİLDİ
Sabiq deputat, biznesmen Hacı Salayevin oğluna yüksək vəzifə verilib. Məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Turqut Hacı oğlu Salayev FHN-in Əməliyyat-istintaq idarəsinin rəisi təyin edilib. Qeyd edək ki, Turqut Salayev 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən keçmiş deputat Hacı Salayevin oğlu, general Baba Salayevin qardaşı oğludur. Xatırladaq ki, FHN-in Əməliyyat-istintaq idarəsinin rəisi, polkovnik Sahib Rzayev bu vəzifədən azad edilərək, Fövqəladə halların xəbərdar edilməsi Baş İdarəsinin rəisi təyin edilib. Bu idarənin rəisi, general-mayor Valeh Abdullayev isə təqaüdə göndərilib.
Oxunub: 209
Xəbəri paylaş
Paylaş: