"Messini necə dayandıracaqsınız?" sualına baş məşqçidən
QƏRİBƏ CAVAB
Niderland millisinin baş məşqçisi Lui Van Qal mundialda Argentina ilə 1/4 final matçı öncəsi açıqlama verib. 71 yaşlı məşqçiyə mətbuat konfransında "Messini necə dayandıracaqsınız?" - sualı ünvalanıb. Lui Van Qalın Messi ilə bağlı suala verdiyi cavab isə belə olub: "Sizə öz taktikamızı açıqlamayacağıq. Öz taktikamızı sizə söyləmək axmaqlıq olardı". Qeyd edək ki, DÇ-2022-nin 1/4 final mərhələsində Niderland və Argentina arasında matç 23:00-da start götürəcək.
Oxunub: 137
Xəbəri paylaş
Paylaş: