Qurban Məsimov Kukla Teatrına direktor gətirilir? -
AÇIQLAMA
Kukla Teatrının direktoru vəzifəsinə təyinatı gözlənilən yeni namizədin adı məlum olub. Globall.az xəbər verir ki, yeatrdakı mənbədən Lent.az-a daxil olan məlumata görə, bu vəzifəyə teatrın baş rejissoru Qurban Məsimovun təyin ediləcəyi gözlənilir. Məlumatda deyilir ki, Qurban Məsimov teatrda baş verən qalmaqallardan kənarda qalmaq üçün rayonlardan birinə ezamiyyətə göndərilib. O özü bu barədə bilirmiş və hətta teatrın əməkdaşlarına direktor təyin edildikdən dərhal sonra kollektivi dəyişəcəyi barədə xəbərdarlıq da edib. Mövzuyla bağlı Qurban Məsimovla əlaqə saxlanılıb. O bildirdi ki, dekabrın 8-nə kimi Tovuz rayonunda ezamiyyətdədir və hələ qayıtmayıb. Direktor təyin ediləcəyinə dair ona heç kim heç nə deməyib. Xatırladaq ki, dekabrın 8-də Azərbaycan Dövlət Kukla Teatrının rəhbəri Rəşad Əhmədzadə mətbuat konfransı keçirərək adının ləkələndiyini, işdən çıxarılması üçün oyunlar getdiyini və teatra Mədəniyyət Nazirliyi tərəfindən göndərilmiş yoxlamanın öz səlahiyyətini aşdığını açıqlayıb.