Xankəndidə hava necə olacaq?
Xankəndi şəhərində gecə 6-4, gündüz isə 2-0 dərəcə şaxta olacaq. Hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, gün ərzində şərq küləyi əsəcək.
Qarabağ və Şərqi Zəngəzur bölgələrində gün boyu hava əsasən yağmursuz, arabir duman olacaq.
Şuşada gecə 6-4, gündüz 2-0 dərəcə şaxta, Laçında gecə 6-4, gündüz 3-1 dərəcə şaxta, Xocalıda gecə 3-1 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti, Xocavənddə gecə 0-2, gündüz 3-5 dərəcə isti, Kəlbəcərdə gecə 12-10, gündüz 4-2 dərəcə şaxta, Ağdamda isə gecə 0-2 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.
Oxunub: 156
Xəbəri paylaş
Paylaş: