DİN və DSX əməliyyat keçirdi:
İran vətəndaşları saxlanıldı
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılıblar. Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb. Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.
Oxunub: 140
Xəbəri paylaş
Paylaş: