Mübahisə etdiyi iş yoldaşının qulağını kəsdi
Mübahisə etdiyi iş yoldaşının qulağını kəsdi.
Axşam saatlarında Yavuz Sultan Səlim Bulvarında baş verib.
Maşınqayırma zavodunda işləyən Salih A. ilə iş yoldaşı Hakkı A. iş növbəsi bitdikdən sonra bulvarda görüşüblər. Görüş zamanı iki dost arasında hələlik məlum olmayan səbəbdən başlayan mübahisə davaya çevrilib. Dava zamanı Saleh A. dostu Hakkı A.-nın qulağının bir hissəsini kəsərək kürəyindən bıçaqla xəsarət yetirib. Mübahisə zamanı özüdə bıçaq xəsarəti alıb.
Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri gəlib. Hər iki yaralı xəstəxanaya çatdırılıb.
İki dost arasında düşən qanlı mübahisənin səbəbləri araşdırılır.
Oxunub: 147
Xəbəri paylaş
Paylaş: