Ağ Ev Kiyevə Rusiyanın dərinliklərinə raket zərbə endirməyə razılıq verəcək
Kiyevin ABŞ-dan Rusiyanın dərinliklərinə zərbə endirmək üçün daha uzun mənzilli silahlar alacağı ehtimalı daha yüksəkdir.
ABŞ hərbi planlaşdırıcıları arasında Rusiyanın taktiki nüvə zərbəsi endirəcəyi və ya Rusiya ilə həmsərhəd olan NATO üzvünə hücum edəcəyi ilə bağlı qorxular səngiyib.
Amerikanın hərbi mənbələrindən “The Times”-a verilən xəbərə görə, Vaşinqton artıq Kiyevə rusları Rusiya və ya Krımda vurmayın demirik: “Biz onlara nə edəcəyini deyə bilmərik. Onlar silahdan necə istifadə edəcəklərinə qərar verirlər. Lakin onlar bizim tədarük etdiyimiz silahlardan istifadə etdikdə, təkid etdiyimiz şey Ukrayna ordusunun beynəlxalq müharibə qanunlarına və Cenevrə Konvensiyalarına uyğun hərəkət etməsidir”.
“The Times” həmçinin ABŞ-ın Ukraynanı yüksək texnologiyalı uzaqmənzilli silahlarla, o cümlədən reaktiv yaylım atəşi sistemləri və ağır silahlanmış pilotsuz təyyarələrlə təmin edə biləcəyini təklif edib.
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Ukraynanı uzaqmənzilli raketlərlə təchiz edəcəyi təqdirdə “xətti keçəcəyi” barədə xəbərdarlıq edib. Rusiya XİN sözçüsü Mariya Zaxarova bundan əvvəl jurnalistlərə deyib: “Əgər Vaşinqton Kiyevi daha uzun mənzilli raketlərlə təchiz etmək qərarına gəlsə, o, qırmızı xətti keçərək münaqişənin birbaşa tərəfinə çevriləcək”.