Bakı-Sumqayıt qatarından istifadə edənlərə
ŞAD XƏBƏR
Gələn il Bakı-Sumqayıt dəmiryol xətti üçün 10 əlavə qatar alınacaq. Bu barədə bu gün jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov məlumat verib. R.Rüstəmov qeyd edib ki, Bakı-Sumqayıt marşrutu gündə 20-25 min sərnişin daşımaq potensialına malikdir: “Bu marşrut üçün daha 10 sürətli qatarın alınması planlaşdırılır. Bu günə qədər bu məsələ ilə bağlı razılıq əldə olunub və ilk qatarlar 2023-cü ilin sonuna kimi Azərbaycana gələcək”.
Oxunub: 114
Xəbəri paylaş
Paylaş: