Siqaret tamamilə qadağan ediləcək - YENİ QƏRAR
Yeni Zelandiyada tütün məmulatlarına tam qadağa tətbiq ediləcək.
Bu barədə məlumatı BBC yayıb.
Ölkə parlamentinin qəbul etdiyi qanuna əsasən 2008-ci ildən sonra doğulan hər kəs heç vaxt siqaret və ya tütün məmulatı ala bilməyəcək. Qərar gələn idən qüvvəyə minəcək.
Bu, o deməkdir ki, tütün ala bilənlərin sayı ildən-ilə azalacaq. Məsələn, 2050-ci ilə qədər 40 yaşlı insanlar siqaret almaq üçün çox gənc olacaqlar.
Qanun layihəsini təqdim edən səhiyyə naziri Ayeşa Verrol bunun siqaretsiz gələcəyə doğru bir addım olduğunu bildirib:
“Minlərlə insan daha uzun və sağlam ömür sürəcək, səhiyyə sistemi siqaretin səbəb olduğu xəstəliklərin müalicəsi ehtiyacını aradan qaldıraraq 3,2 milyard ABŞ dolları qazanacaq”. /Cebhe.info/
Oxunub: 298
Xəbəri paylaş
Paylaş: