Amsterdam qudurub? Bir zərbə endirsək... – Solovyov
Niderland hakimiyyəti Rusiya Federasiyasını təhdid etməkdən çəkinməyib. Guya Moskvanı beynəlxalq məhkəməyə şikayət edəcəklər. Qudurmusuz, Amsterdamda oturanlar?
Bu sözləri tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov öz verilişinin (“Vladimir Solovyovla axşam”) efiri zamanı deyib.
“Deyəsən, niderlandlıların zambaq iyləməkdən “başları qaçıb”. Nədi, sizin gücünüz yaranıb? Yoxsa ordunuz? Rusiya Federasiyasını təhdid etmək nədir? Heç düşünmürsüz ki, biz bir raket zərbəsi ilə sizi məhv edərik? Axı bu gülməlidir. Siz necə bizi təhdid edə bilərsiz? Sizi hissiyyata gətirməyin yolların biz bilirik”, - deyə o qeyd edib.
Oxunub: 160
Xəbəri paylaş
Paylaş: