Türkiyənin əməliyyatı öncəsi ABŞ-dan XAİN ADDIM: Terrorçulara ağır silahlar göndərdi
Türkiyənin İstanbul Vilayətinin İstiqlal küçəsində 6 vətəndaşımızın həyatını itirdiyi terror hücumundan sonra TSK Suriyaya qarşı quru əməliyyatı üçün güclü siqnallar verməyə davam edərkən, ABŞ-la bağlı qalmaqallı iddia ortaya atılıb. Vaşinqton rəhbərliyinin onurğa sütunu PKK/PYD/YPG olan Suriya Demokratik Qüvvələrinə radar və silahların olduğu 2 hərbi konvoy göndərdiyi iddia edilib.
Bazar günü, noyabrın 13-də İstiqlal küçəsində 6 vətəndaşımızı itirdiyimiz terror aktından sonra Türkiyə Silahlı Qüvvələri Suriyada terrorçulara qarşı hava əməliyyatı keçirirdi və daha sonra bunun quruya çevrilə biləcəyi ilə bağlı açıqlamalar verilib.
Bölgədə gərginliyin yüksək olduğu bir vaxtda terror təşkilatlarına yaxın olan yerli mətbuatdan təəccüblü iddia gəlib. DEAŞ-la mübarizə maskası altında ABŞ-dan dəstək alan və terror təşkilatları PKK/PYD/YPG-nin də yer aldığı Suriya Demokratik Qüvvələri ilə bağlı təəccüblü iddia irəli sürülüb.
“2 HƏRBİ KONVOY GÖNDƏRİLDİ”
Yerli mətbuatda yer alan xəbərlərdə ABŞ-ın SDQ-nin nəzarətində olan bölgəyə qabaqcıl silahlardan ibarət 2 hərbi konvoy göndərdiyi iddia edilib. İddiaya görə, iki hərbi konvoy İraq və Suriya arasındakı sərhəd qapısından keçərək terror təşkilatının nəzarətindəki bölgəyə aparılıb.
“KONVAYDA RADAR VƏ SİLAHLAR VAR”
Mərkəzi İngiltərədə olan Suriya İnsan Haqları Müşahidə Qrupu tərəfindən edilən açıqlamada 40 maşın və 90 avtomobildən ibarət hərbi sursat yüklü konvoyda hava hücumundan müdafiə sistemləri üçün radarlar və silahların olduğu bildirilib.