Bakıda bir marşrut xətti üzrə avtobusların hərəkət sxemi
DƏYİŞDİRİLİR
Sabah Bakıda 71 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumata görə, dəyişikliyin səbəbi paytaxtın Binəqədi rayonu ərazisində - “Baksol” yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətin tətbiq edilməsidir. Məhdudiyyətlərə uyğun olaraq sözügedən marşrut xətti üzrə avtobusların hərəkəti “Azadlıq prospekti” metro stansiyası - “Baksol” yolu (məhdudiyyət tətbiq edilən hissəyə qədər) istiqamətində təşkil ediləcək.
Oxunub: 154
Xəbəri paylaş
Paylaş: