Ermənistandakı Rusiya bazasından MiQ-29 qırıcıları havaya qaldırıldı
Bu barədə Ermənistan Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Ermənistandakı Cənub Hərbi Dairəsinin (SMD) hərbi bazasının əməliyyat-taktiki aviasiyasının MiQ-29 çoxməqsədli qırıcılarının pilotları təlim uçuşlarında iştirak ediblər. Bundan əlavə, qeyd edilir ki, təlim zamanı bir sıra təlim tapşırıqları işlənib, hazırlanıb. “Pilotlara kompleks və akrobatika elementlərini - döyüş növbələrini, üfüqi “lülələri”, döngələri, böyük maillik bucaqlı dalış sürüşmələrini və s. işləyib hazırlamaq tapşırılıb. Bundan başqa, Cənub Hərbi Dairəsinin əməliyyat-taktiki aviasiyasının ekipajları həm gündüz, həm də gecə müxtəlif hündürlüklərdə yüksək dağlıq ərazilərdə cüt-cüt və bölmələr şəklində uçuşlar həyata keçirib. Təlim uçuşlarına Cənub Hərbi Dairəsinin 100-dən çox hərbçisi cəlb edilib, 10-dan çox hərbi və xüsusi texnika, o cümlədən MiQ-29 çoxməqsədli qırıcıları cəlb olunub”,- deyə məlumatda bildirilir. /bizimyol.info/Təlim uçuşlarına çoxməqsədli qırıcılar cəlb olunub.