Mərkəzi Bank uçot dərəcəsini artırdı
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25% bəndi artırılaraq 8.25%-ə, faiz dəhlizinin aşağı həddi 1.25 faiz bəndi artırılaraq 6.25%-ə qaldırılıb. Globall.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bildirilib ki, faiz dəhlizinin yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb: “Faiz dəhlizinin eninin daraldılması qərarı 2022-ci ilin avqust ayında Mərkəzi Bankın İdarə Heyəti tərəfindən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi ilə bağlı qabaqlayıcı açıqlamalara uyğun verilib”.
Oxunub: 148
Xəbəri paylaş
Paylaş: