Şagirdlə bağlı "təcavüz qalmaqalı" – Deputat müdaxilə etdi
Dövlət Duması Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərindəki 5 nömrəli məktəbdə beşinci sinif şagirdi ətrafında baş verən seks qalmaqalı ilə maraqlanıb. Belə ki, deputat Aleksandr Xinşteyn yoxlamaların təşkili üçün Rusiya İstintaq Komitəsinə və Baş Prokurorluğa sorğular göndərib
Deputat bu barədə "Teleqram" kanalında məlumat verib.
Onun fikrincə, rus məktəbində baş verənlərə səssiz qalmaq olmaz. Xinşteyn qeyd edib ki, Nijnevartovsk deputatları həyəcan təbili çalıb, lakin onlar yoxlamaların təşkilində israrlı deyillər.
“Baxmayaraq ki, söhbət azyaşlı ilə cinsi xarakterli zorakılıq hərəkətlərindən gedir. Yəni, ağır cinayətin əlamətləri haqqında”, - deyə deputat əlavə edib.
Xatırladaq ki, dekabrın 14-də Nijnevartovsk Dumasının deputatı Dmitri Qrişin müvafiq komitələrin iclasında administrasiya rəsmilərini fəaliyyətsizlikdə və 5 nömrəli məktəbin beşinci sinif şagirdləri arasında seks qalmaqalını susdurmaqda ittiham edib.
O bildirib ki, ona şagirdlərdən birinin atası yaxınlaşıb. Kişinin dediyinə görə, övladı cinsi təcavüzə məruz qalıb. “Ata dedi ki, rayondakı yuxarı məmurlardan ona zəng edərək problemləri gizlətmək təklifi gəlib. Sinif yoldaşları uşağı təhqir etdilər və videonu VKontakte-də qruplardan birində yerləşdirdilər”, - deyə Qrişin qeyd edib.
Eyni zamanda meriya nümayəndələri izah ediblər ki, hər şey təhsil ocağının divarlarından kənarda baş verib. Nijnevartovsk Təhsil İdarəsi yoxlamaya başlayıb.