Türkiyədə azərbaycanlı qadın faciəvi şəkildə öldü - ARAŞDIRMA APARILIR

Türkiyədə 22 yaşlı azərbaycanlı qadın faciəvi şəkildə həyatını itirib.
Globall.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Hadisə İğdır şəhərinin mərkəzi küçələrinin birində baş verib.
Səbinə Sadıqova adlı gənc qadın yaşayış binasının 4-cü mərtəbəsindən yerə yıxılıb. Gənc qadının hadisə yerində öldüyü bildirilib. Hadisənin hansı səbəbdən baş verdiyi isə dəqiq deyil.
Məsələ ilə bağlı araşdırma aparılır.
Oxunub: 138
Xəbəri paylaş
Paylaş:




















