Oruc Zalovu əvəz edən general kimdir?
Bu gün 70 yaşı tamam olan general-leytenant Oruc Zalov təqaüdə göndərilib və onun yerinə general-mayor Oqtay Kərimov daxili işlər nazirinin müavini təyin edilib.
Globall.az Globalinfo.az-a istinadla xəbər verir ki, Oqtay Kərimov Daxili Qoşunlarda Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb. O, daha sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilib. Az sonra isə O.Kərimov həmin idarənin rəisi təyin edilib.
Oqtay Kərimov 2015-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 2018-ci ildə isə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Oxunub: 170
Xəbəri paylaş
Paylaş: