Qətərdəki mundialda yeni rekord
Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatında qol sayında rekord qeydə alınıb. Globall.az xəbər verir ki, mundialda ümumilikdə qapılara 172 qol vurulub. 1998 və 2014-cü ildəki yarışda oyunçular 171 dəfə fərqləniblər. Bundan əlavə, turnir tarixində ilk dəfə bombardirlər eyni klubu (PSJ, Fransa) təmsil edib. Argentinalı Lionel Messi 7, fransalı Kilian Mbappe 8 qola imza atıb. Qeyd edək ki, Argentina yığması finalda Fransanı məğlubiyyətə uğradıb.
Oxunub: 115
Xəbəri paylaş
Paylaş: