2011-ci ildə vəfat edən zaman səyyah 2025-ci il üçün verdiyi QORXUNC PROQNOZ...
Qardaşı ilə birlikdə ABŞ tərəfindən gələcəyə göndərildiyini iddia edən Al Bielekin 2011-ci ildə ölməzdən əvvəl 2025-ci il üçün nüvə müharibəsi xəbərdarlığı etdiyi ortaya çıxıb. Bielek gələcəkdə dünyada hökumətlərin olmayacağını da iddia edib.
Zaman səyahəti müzakirə olunmağa davam edən bir anlayış olaraq qarşımızda dayanır. Zaman-zaman ortaya çıxan müxtəlif insanlar zamanda səyahət etdiklərini iddia edirlər. Həmin şəxslərdən biri də 1927-ci il təvəllüdlü Al Bielekdir.
1943-cü ildə qardaşı ilə birlikdə ABŞ gəmisindən qəribə bir işığa atıldığını və 2137-yə göndərildiyini iddia edən Al Bielek, o dövrdə verdiyi açıqlamalarla bir anda gündəmin ən çox danışılan adı oldu.
GƏLƏCƏK HAQQINDA XƏBƏRDARLIQ ETDİ
Televiziyaya çıxaraq başına gələnlərlə bağlı məlumat verən Al Bielek, "Körfəzə gəldiyimiz su ilə qarşılaşacağımızı gözləyirdik, amma su yox idi" ifadələrini işlədərək quraqlığa diqqət çəkib.
2025 HAQQINDA DƏHŞƏTLİ XƏBƏRDARLIQ
2011-ci ildə həyatını itirən Al Bielek 2025-ci illə bağlı da qorxulu xəbərdarlıqlar edib. Bielekin sözlərinə görə, 2025-ci ildə nüvə müharibəsi başlayacaq və çoxlu insan həlak olacaq.
2137 DÜNYANIN SONU ÜÇÜN PROQNOZ
Zamanda səyahət etdiyini iddia edən Bielek dünyanın sonu ilə bağlı proqnozlar da verib. Bielekin fikrincə, gələcəkdə hökumətlər olmayacaq və dünyanın sonu 2137-ci illərdə gələcək.