SON XƏBƏR: Vasif Talıbovla bağlı ƏMR VERİLDİ - Polislər tərəfindən...
Naxçıvan MR Ali Məclisinin sədri Vaqif Talıbovun şəxsi evinin polislər tərəfindən qorunmasına son qoyulub.
Globall.az xəbər verir ki, Talıbovun evinin dövlət əhəmiyyətli obyekt kimi mühafizəsi dünəndən dayandırılıb.
Bildirilir ki, Vasif Talıbovun malikanəsi indiyədək 9 polis tərəfindən növbəli şəkildə mühafizə olunurmuş. Hər 2 gündən bir 3 polis əməkdaşı növbə dəyişirmiş.
Dünəndən isə Ali Məclis sədrinin evinin qarşısındakı polis postu ləğv olunub. Evin qarovulçuları dünən Naxçıvan şəhər Polis İdarəsinin Post-Partul Xidmətinə çağırılıb və onlara artıq qanuni iş yerlərinə qayıtmaları barədə göstəriş verilib. Qarovulçu polislərini heyrətləndirən bu əmr Post-Patrul Xidmətinin komandiri Hümbət Allahverdiyev tərəfindən rəsmən elan olunub. (ovqat.com)