Rusiya ilə birlikdə Laçın dəhlizi üzərində işləyirik

Ermənistan Qarabağın (əslində, Qarabağdakı erməni icmasının –red) təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən öhdəlikləri yerinə yetirir.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“10 noyabr bəyanatında Rusiya Laçın dəhlizinin fəaliyyətini təmin etmək öhdəliyi götürüb. Təbii ki, biz Laçın dəhlizinin tezliklə açılması üçün Rusiya ilə birlikdə işləyirik. Mən müxalifəti də bu istiqamətdə işləməyə çağırardım”, - Qriqoryan bildirib.
Oxunub: 127
Xəbəri paylaş
Paylaş:




















