Zelenski təsdiqlədi: Artıq ABŞ-dayam!
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a səfər etdiyini təsdiqləyib.
Globall.az xəbər verir ki, dövlət başçısı bu barədə Tvitterdə yazıb.
O bildirib ki, Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün Vaşinqtonda səfərdədir:
“İkitərəfli əməkdaşlığı müzakirə edəcəyik. Konqresdə çıxış edəcəyəm və bir sıra ikitərəfli görüşlər keçirəcəyəm”.
Qeyd edək ki, V.Zelenskinin bu gün amerikalı həmkarı Co Baydenlə görüşəcəyi də gözllənilir.
Oxunub: 149
Xəbəri paylaş
Paylaş: