Xalq artisti Fikrət Verdiyev vəfat edib
“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı, xalq artisti Fikrət Verdiyev vəfat edib. O, yaşadığı Gəncə şəhərində dünyasını dəyişib. Mərhum xalq artistinin yaxınları onun uzun sürən xəstəlik səbəbindən vəfat etdiyini bildirib. Qeyd edək ki, Gəncədə filarmoniyanın yaradılması Fikrət Verdiyevin adı ilə bağlıdır. O, dahi sənətkar Xan Şuşinskinin qızı ilə evli idi və tanınmış müğənni Bəyimxanım Cavanşirovanın atasıdır.
Oxunub: 495
Xəbəri paylaş
Paylaş: