Kəmalə Ağazadə ölümlə təhdid olunur
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə şantaj olunduğu üçün hüquq-mühafizə orqanlarına müraciət edib. O, bu barədə Feysbuk hesabında yazıb. O bildirib ki, son günlər fəaliyyətiylə bağlı bir neçə şəxs tərəfindən təhdid olunur və ölümlə hədələnir: “Davamlı olaraq nüfuzuma xələl gətirən yalan məlumatlar paylaşılır. Artıq təhdidlərin həyatıma, ailə üzvlərimə təhlükə yaradacağını ehtimal etdiyim üçün hüquq-mühafizə orqanlarına müraciət etməyə qərar verdim. Əminəm ki, Daxili İşlər Nazirliyi, o cümlədən Baş Prokurorluq bu məsələni araşdıracaq və hüquqi qiymət verəcəkdir”. Ağazadə qeyd edib ki, təhdidlər bir neçə gün öncə 2 yaşlı körpənin durumu ilə bağlı yazdığı statusdan sonra başlayıb. Məsələ ilə bağlı DİN-nin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev saytımıza bildirib ki, artıq müraciətlə əlaqəli araşdırılma aparılır.