Erməni deputat iki “yaxşı xəbər” verdi
Ermənistan parlamentində bu gün baş tutan müzakirələr zamanı “Ermənistan” blokundan olan deputat Ağvan Vardanyan müharibə çağırışı ilə çıxış edib.
O, “iki yaxşı xəbərinin” olduğunu deyib.
“Birincisi odur ki, biz, 90-cı illərdə olduğu kimi, “bütün yolları” açacağıq, Ermənistan və Qarabağ regionda faktora çevriləcək. İkinci yaxşı xəbər odur ki, heç bir “Mülki müqavilə” (hakim partiya nəzərdə tutulur – red.) olmayacaq”, - o bildirib.
Qeyd edək ki, “Ermənistan” blokuna Ermənistanın sabiq prezidenti Robert Köçəryan rəhbərlik edir. Bu blok və onun ətrafında birləşənlər özlərini “revanşist” sayır və tez-tez müharibə ritorikasından istifadə edirlər.
Oxunub: 128
Xəbəri paylaş
Paylaş: