Ziya Məmmədovun oğlunun Londondakı lüks restoranları ÜZƏ ÇIXDI - FOTOLAR
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla bağlı yeni məlumatlar yayılıb.
Xaricdə yaşayan jurnalist Cavanşir Həsənli Anar Məmmədovun Virciniya adalarındakı bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahib olduğunu bildirib.
C.Həsənli, həmçinin Anar Məmmədovun şirkətinin Britaniyanın şimal-qərbində 22 restorandan ibarət "KFC franchise" şəbəkəsini də aldığını açıqlayıb.
Bundan əlavə jurnalist Anar Məmmədovun Londonda elit restoranının da olduğunu qeyd edib: “Londonda elit restoran Anar Məmmədova 4 milyon funt sterlinqə (8.4 milyon manat) başa gəlib”.
O, mövzu ilə bağlı sənədlərin fotolarını da yayıb.
Qeyd edək ki, 2018-ci ildə mətbuatda Anar Məmmədovun yatırımlar qarşılığında Britaniya vətəndaşlığını alması barədə məlumatlar yayılmışdı.