Şolts Ukraynaya tank göndərməməkdə səhv etdi
Almaniya kansleri Olaf Şoltsun Ukraynaya tank göndərməkdən imtina etməsi böyük səhvdir.
Bunu Bundestaqın müdafiə komitəsinin rəhbəri Mari-Aqnes Ştrak-Çimmerman deyib.
Kanslerin Ukraynanı tanklarla təmin etməkdən imtina etməsi nəinki anlaşılmaz, həm də qorxulu dərəcədə uzağı görməməkdir. Xüsusilə Ukraynanın mülki əhalisi üçün vəziyyət fəlakətlidir. “Tankları niyə göndərə bilmirik” suallarından yoruldum”, - Çimmerman bildirib.
Oxunub: 115
Xəbəri paylaş
Paylaş: