İlham Əliyev daha bir fərman imzaladı
Azərbaycanda İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə komissiyanın tərkibi yenilənib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, Komissiyanın tərkibi aşağıdakı kimidir: Komissiyanın sədri Azərbaycan Respublikasının Baş naziri Komissiya sədrinin müavini Azərbaycan Respublikası Baş nazirinin müavini Komissiyanın üzvləri Azərbaycan Respublikasının fövqəladə hallar naziri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Azərbaycan Respublikasının energetika naziri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini.