Bakı metrosundakı nasazlığın səbəbi AÇIQLANDI
Metronun Xətai-Cəfər Cabbarlı xəttində qatarda yaranan texniki nasazlığın səbəbi məlum olub. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, sözügedən stansiyada maşinistin idarəetmə pultunda qapılara müdaxilə olunması ilə bağlı siqnal işə düşüb: “Bu halda Metropoliten qaydalarına əsasən maşinist dərhal qatarı saxlayıb. Texniki baxış təyin edilib. Hər hansı problem qeydə alınmasa da, qaydalara görə qatara yenidən və ətraflı baxış keçirilməlidir. Bu səbəbdən maşinist qatarı 3 dəqiqə tuneldə saxlamaq məcburiyyətində qalıb və əlavə texniki baxış üçün təyin edilən xüsusi zonaya çevrilib. Metropolitenin Xətai-Cəfər Cabbarlı xəttində qatarlar məkik hərəkət etdiyindən onların hərəkəti ilə bağlı problem olmayıb. Sərnişinlərin təhlükəsizliyi tam təmin edilib. Sərnişinlərdən xahiş edirik ki, metrodan istifadə edərkən qaydalara düzgün riayət etsinlər”.