Yaponiyada 5,3 bal gücündə iki zəlzələ oldu
Mayın 19-da Yaponiyanın həm şərqində, həm də qərbində 5,3 bal gücündə iki zəlzələ baş verib.
AzərTAc xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilir ki, yerli vaxtla gecə saat 00:17 dəqiqədə qeydə alınan ilk yeraltı təkanların episentri Fukuşima prefekturasının Sakit okean sahillərində, ocağı 50 kilometr dərinlikdə yerləşib.
Bundan təqribən bir saat sonra baş verən ikinci zəlzələ isə Qifu prefekturasının qərb hissəsində qeydə alınıb. Bu zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hər iki zəlzələ nəticəsində dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.
Oxunub: 413
Xəbəri paylaş
Paylaş: