Bülent Ersoy Bakıya gələ bilməyəcək -
3 milyon əldən çıxdı
Bir müddət əvvəl məşhur müğənni Bülent Ersoyun Bakıya gəlməsi planlaşdırılırdı. Sənətçi bayram günü paytaxt məkanlarından birində çıxış edəcəkdi. Həmin restoranda sənəd problemləri ortaya çıxdığı üçün musiqili proqram reallaşmayacaq. Məlumat üçün bildirək ki, Bülent Ersoy Azərbaycan konsertindən 3 milyon lirə (təxminən 274 min 500 AZN) qonorar əldə edəcəkdi. Onun təxirə salınan konsertinin nə vaxt baş tutacağı isə hələ ki açıqlanmayıb.
Oxunub: 302
Xəbəri paylaş
Paylaş: