Çində güclü zəlzələ:
ölənlər və yaralananlar var
Çinin cənub-qərbindəki Yunnan bölgəsində 5 bal gücündə zəlzələ olub, nəticədə 4 nəfər ölüb, 23 nəfər yaralanıb.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Zəlzələ ötən gün axşam yerli vaxtla saat 21:47-də (Bakı vaxtı ilə 17:47-də) 5,5 milyondan çox insanın yaşadığı Çjaotun şəhər dairəsinin Syaoszya bölgəsində qeydə alınıb. Yeraltı təkanların episentri səkkiz kilometr dərinlikdə olub.
Təbii fəlakətdən dərhal sonra yerli hakimiyyət orqanları xilasetmə əməliyyatları təşkil edib, zədələnmiş binalarda olan sakinlər təhlükəsiz ərazilərə təxliyə edilib.
Oxunub: 282
Xəbəri paylaş
Paylaş: