“Shaurma N-1”də kütləvi dava
Bakı şəhər Nəsimi rayonu Nizami küçəsində yerləşən “Shaurma N-1” restoranında kütləvi dava olub. Globall.az Qafqazinfo-ya istinadla xəbər verir ki, restoranda şəxsiyyəti məlum olmayan 3 nəfər şəxs xuliqanlıq zəminində oradakı Türkiyə vətəndaşlarını döyüb. Nəticədə Türkiyə vətəndaşı, 1992-ci il təvəllüdlü H.Ayyıldızı və 1996-cı ildə anadan olmuş Y.Kutlu xəsarətlər alıb. Kütləvi dava zamanı döyülən türkiyəlilərin Bakıda bərbər kimi çalışdıqları bildirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Oxunub: 197
Xəbəri paylaş
Paylaş: