Belarus MN: Ukrayna raketinin düşməsi təxribatdır
Ukrayna raketinin Belarusa düşməsi ilə bağlı Kiyevin qəsdən təxribat törətməsi versiyası istisna edilmir. Bunu Belarus Silahlı Qüvvələrinin zenit-raket qoşunlarının rəhbəri Kirill Kazantsev deyib. “Bu hadisə ilə bağlı suallar qalır. Biz iki versiyanı nəzərdən keçiririk: ekipajın aşağı hazırlığı və raketin nasazlığı səbəbindən idarə olunan raketin buraxılması və ya Ukrayna silahlı qüvvələrinin qəsdən təxribatı”, - o bildirib. Qeyd edək ki, ötən gün Ukraynanın S-300 raketi Belarus ərazisinə düşüb.
Oxunub: 117
Xəbəri paylaş
Paylaş: