Prezident gələn ilin büdcəsini təsdiqlədi
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "2023-cü il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib. Gələn il büdcənin gəlirləri 30 774 milyon manat, xərcləri 33 353,3 milyon manat olacaq. Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 3,25% çoxdur. Son nəticədə büdcədə 2 579,3 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 17% azalma deməkdir.
Oxunub: 167
Xəbəri paylaş
Paylaş: