Bakıda yeni metro stansiyası nə vaxt açıla bilər?
“Bənövşəyi xətt”in yeraltı dördüncü stansiyası olan “B4” 2024-cü ildə açıla bilər”. Bunu açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, dəqiq tarix növbəti ildə işlərin hansı səviyyədə icra olunmasından asılıdır. “Dördsəviyyəli olan stansiyanın iki səviyyəsinin inşası başa çatdırılıb. 2023-cü ilin sonuna qədər digər səviyyələrin də inşası tamamlanacaq. Həmçinin infrastrukturun qurulması və təchizatla bağlı əsas işlər də gələn il görüləcək”, - deyə o qeyd edib.
Oxunub: 321
Xəbəri paylaş
Paylaş: