İrəvanda polkovnikinin oğlu güllələndi
Bu gün İrəvanda silahlı atışma barədə İrəvan polis şöbəsinə məlumat daxil olub. Bu barədə erməni mediası məlumat yayıb. “Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən tapança, 2 güllə və qan izləri aşkar ediblər. Polis və müstəntiqlər müəyyən ediblər ki, atışma nəticəsində 35 yaşlı İrəvan sakini Eduard N. İrəvan Universitetinin 1 saylı xəstəxanasına çatdırılıb, onun bədənində kəskin deşici və kəsici alətlə vurulmuş çoxsaylı zərbə izləri var. Faktla bağlı cinayət işi başlanıb”,- məlumatda deyilir. Qeyd olunur ki, yaralının atası bir vaxtlar Şirak vilayət polis idarəsinin rəisi vəzifəsində çalışmış polis polkovniki Vardan Nadaryandır.
Oxunub: 145
Xəbəri paylaş
Paylaş: