Prezident 2 sərəncam imzaladı
Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncamlar imzalayıb. Dövlət başçısının sərəncamı ilə Çələbiyev Cavid Namiq oğlu, Əsədov Fuad İsmayıl oğlu, İsmayılov Çingiz Məmməd oğlu və Məmmədzadə Nurlana Balahüseyn qızı “Tərəqqi” medalı ilə təltif ediliblər. Prezidentin digər sərəncamına əsasən, Çopsiyev İsmayıl Səməd oğlu və Məmmədyarov Həmid Hilal oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. Bundan əlavə, daha bir sərəncamla aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib: Cəfərov Ağanağı Cəfər oğlu Həmidov Tofik Sadıq oğlu Həsənov Məlik Ənvəroviç Xanəliyev Tofiq Sarxan oğlu İsmayılov Musa Çoban oğlu Qurbanov Ağa Yusif Kazım oğlu Mustafayev Ramiz Yaqub oğlu Namazəliyev Əfsər Hüseyn oğlu Rəcəbov Faiq Əbdül oğlu Rəşidov Rəşad Yusif oğlu Tahirov İsmayıl Ağababa oğlu Umudov Firdovsi Qəminalı oğlu Vahabzadə Asmira Hacı qızı Zudov Aleksandr Nikolayeviç. Qeyd edək ki, onların hər biri Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə təltif olunub.