Türkiyədə tələbələri daşıyan avtobus aşdı: 6 nəfər öldü
Türkiyənin cənub-şərqindəki Mardin vilayətinin Midyat qəsəbəsində mikroavtobusun aşması nəticəsində azı 6 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bu barədə TRT telekanalı məlumat yayıb.
Yerli səlahiyyətlilər valilik işçilərini və yerli universitetin tələbələrini daşıyan mikroavtobusun Midyat-Ömərli magistral yolunda aşdığını bildirib. Qəzanın səbəbləri araşdırılır.
Yaralılar yerli xəstəxanalara çatdırılıb.
Oxunub: 156
Xəbəri paylaş
Paylaş: