İranda bir etirazçı “ikiqat edam”a məhkum edildi
Yeniyetmə etirazçı Mehdi Məhəmmədifərd Sari İnqilab Məhkəməsinin birinci şöbəsinin hökmünə əsasən "yer üzündə fəsad yaratma" və "müharib" ittihamı ilə “ikiqat edam” cəzasına məhkum edilib. Bu barədə "Hrana" xəbər agentliyi məlumat yayıb. Nouşəhrdə ümumxalq etirazlar zamanı həbs edilən Məhəmmədifərd 5 nəfərin ölümünə səbəb olmaq, polis əməkdaşlarına hücum etmək, nəqliyyat köşkünü, bələdiyyə, valilik, bank və kredit təşkilatlarının binasını yandırmaqla dövlətin daşınmaz əmlakına bir neçə milyard tümən dəyərində ziyan vurmaqda günahlandırılır.
Oxunub: 99
Xəbəri paylaş
Paylaş: