Partlayış baş verən binada qaz təminatı tam dayandırıldı
Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində partlayış baş verən binada qaz təminatı tam dayandırılıb. Globall.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azəriqaz İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib. O bildirib ki, hadisənin qaz sızmasından baş verdiyi ehtimal edilir: “Binada üç mənzilə və liftin şaxtasına ziyan dəyib. Binada qaz kəmərləri yoxlandıqdan və təhlükəsizlik qaydalarına tam əməl edildikdən sonra qazın bərpası təmin olunacaq”.
Oxunub: 97
Xəbəri paylaş
Paylaş: